“Neftçi”nin futbolçusu Yerevana səfər edəcək

XƏBƏR 17 Mart 2009 / 16:57 2434
-  A +

Estoniya milli komandası 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ermənilərlə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, martın 28-də Yerevanda keçiriləcək matçda “Neftçi”nin futbolçusu Dmitri Kruqlov da iştirak edəcək. Kruqlov növbəti dəfə Estoniya millisinə dəvət alıb. Yarımmüdafiəçi martın 23-də Estoniya millisinin düşərgəsinə yollanacaq.
“Neftçi”nin digər əcnəbi futbolçusu - türkmənistanlı Nazar Bayramov da milliyə dəvət olunub. Türkmənistan yığma komandası aprelin 8-dən 23-dək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bir neçə oyun keçirəcək. Nazarın da həmin görüşlərdə meydana çıxacağı gözlənilir

 

 

 


Son xəbərlər