Jidkov İqor Ponomaryovdan başqa penalti vuran tanımır

XƏBƏR 16 Mart 2009 / 21:25 2683
-  A +

Bu yaxınlarda Ukraynaın “Sport nedelya” qəzeti Azərbaycan milli komandasının sabiq qapıçısı Aleksandr Jidkovla müsahibə götürüb. Qol.Az-ın adiçəkilən mənbəyə istinadən verdiyi xəbərə görə, söhbət zamanı sabiq qapıçı hazırda “Xəzər-Lənkəran”ın baş məşqçisi postunu tutan keçmiş komanda yoldaşı İqor Ponomaryovu da yada salıb. Aleksandr onbirmetrlik cərimə zərbəsi vurmaq baxımından “Xəzər-Lənkəran”lının tayı bərabəri olmadığını deyib: “Keçmiş SSRİ-də kim ən yaxşı penaltı vururdu? O qədər də fikirləşmək istəmirəm. Hə, Viktor Ploski bu zərbəni pis vurmurdu. Amma penaltl vurmaq ustası kimi İqor Ponomaryovdan başqa ikinci bir futbolçu tanımıram. Onun zərbəni hansı istiqamətə vuracağını müəyyənləşdirmək demək olar ki mümkünsüz idi”.

Daha çox


Son xəbərlər