Hafiz Məmmədov: «Uşaq futbolunun inkişafına xüsusi diqqətlə yanaşırıq»

XƏBƏR 16 Mart 2009 / 19:01 2350
-  A +

«Ölkəmizdə futbolun inkişafı naminə son bir ildə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir və bunu AFFA rəhbərliyinin prezident İlham Əliyevin imzaladığı futbolun inkişafına dair Dövlət Proqramına əməli işinin məntiqi nəticəsi kimi dəyərləndirirəm». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı» klubunun prezidenti Hafiz Məmmədov AFFA-nın İcraiyyə Komitəsinin toplantısında deyib. «Futbolumuzun mövcud problemlərinin aradan qaldırılması üçün İcraiyyə Komitəsinin iclaslarının və AFFA prezidenti ilə klub rəhbərlərinin mütəmadi surətdə görüşlərinin keçirilməsi, geniş müzakirələrin aparılması fundamental qərarların qəbul olunmasına geniş zəmin yaradır. Məhz bu səbəbdən də AFFA rəhbərliyi tərəfindən qəbul olunan hər bir qərar futbolumuzun inkişafına istiqamətlənir. Uşaq futbolu ilə bağlı assosiasiyanın gördüyü işləri və ölkəmizdə ilk dəfə olaraq Futbol akademiyasının açılmasını hesabat dövrü ərzində həyata keçirilən ən mühüm tədbirlərdən biri hesab edirəm. Biz bunu əsas götürərək klubumuzun bazasının tikintisinə başlamaqla uşaq futbolunun inkişafına xüsusi diqqətlə yanaşırıq» - deyə H.Məmmədov vurğulayıb.

 

Daha çox


Son xəbərlər