Rusiya - Azərbaycan oyununa pulsuz bilet

XƏBƏR 16 Mart 2009 / 17:43 2391
-  A +

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində martın 28-də Bakı vaxtı ilə saat 18:00-da Moskvadakı «Lujniki» stadionunda keçiriləcək Azərbaycan - Rusiya oyununda millimizin azarkeş dəstəyinin yüksək səviyyədə təşkil olunması məqsədilə AFFA-nın maliyyə vəsaiti hesabına Rusiya Futbol İttifaqından beş min ədəd bilet alınıb və həmin biletlər Rusiyada yaşayan həmvətənlərimizə çatdırılmaq üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə verilib. Bu barədə Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Məlumatda deyilir ki, həmvətənlərimiz səfirliyə müraciət etməklə milli komandamızın oyununa pulsuz bilet əldə bilərlər. Bununla yanaşı, Moskva şəhərində biletlərin paylanma məntəqələri barədə də səfirlikdən məlumat almaq olar.
AFFA rəhbərliyi Rusiyada yaşayan həmvətənlərimizi milli komandamıza dəstək olmağa çağırıb.


 


Son xəbərlər