Qəhrəman Əliyevdən səmimi etiraf: "Bacardığımız bu qədərdir”

XƏBƏR 15 Mart 2009 / 17:55 2231
-  A +

“Həm oyundan, həm də nəticədən çox narazıyam. Komandam bu gün çox zəif təsir bağışladı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”la oyunsonrası mətbuat konfransında MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib. O bildirib ki, məğlubiyyətə görə futbolçuları günahlandırmır: “Premyer-liqada qalmaq üçün bu gün mütlə qələbə qazanmalıydıq. Lakin təəssüf ki, istəyimizə çata bilmədik. Məğlubiyyətə görə futbolçuları da günahlandırmıram. Çünki onların bacardıqları bu qədərdir. Heyətimiz çox zəifdir. Xüsusən də müdafiə və hücum xətti”.

Daha çox


Son xəbərlər