Suat Usta: “Geriyə yolumuz yoxdur”

XƏBƏR 11 Mart 2009 / 12:34 2354
-  A +

“Qarabağ”la oyunumuz çox çətin keçəcək. Amma geriyə yolumuz yoxdur”. Bu sözləri “Qarabağ”la təkrar ¼ kubok matçı öncəsi Qol.Az-a açıqlamasında “Neftçi”nin türkiyəli müdafiəçi Suat Usta deyib. Ustanın sözlərinə görə, onlar nəyin bahasına olursa-olsun bu mərhələni keçməlidirlər: “Neftçi” Azərbaycanın ən köklü klubudur və böyük tarixi var. Hazırda turnir cədvəlində tutduğu mövqe bu klubun adına və nüfuzuna yaraşmır. Amma real danışsaq, çempionatdan avrokuboklara getmək çətin məsələdir. Lakin kubokda şansımız var. Çoxlarının “Qarabağ”ı bu cütlükdə favorit saymasını da təbii qəbul edirəm. Onlar ilk matça 1:0 qalib gəliblər. Amma hələ heç nə bitməyib. Hər şeyə təkrar qarşılaşmadan sonra aydınlıq gələcək. Bütün gücümüzü ortaya qoyacağıq ki, yarımfinala biz vəsiqə qazanaq”.  


 

Daha çox


Son xəbərlər