Ailə həyatı qurması Türkiyə millisinin yarımmüdafiəçisi Emre Belezoğlu üçün düşərli olub. Qol.Az-ın məlumatına görə, Emrenin ailə qurduqdan sonra futbolçu karyerasını izləyən Türkiyənin “Sabah” qəzetinin əməkdaşları bu qənaətə gəliblər. Onların fikrincə, subaylığın daşını atdıqdan sonra Emre tam başqa güc və enerji ilə futbol oynamağa başlayıb. Emre evləndikdən sonra liqdə 6 matçda 90 dəqiqə oynadı. O, ”Qalatasaray”da forma geyindiyi 2000-2001 mövsümündən sonra ilk dəfə bu qədər israrlı seriya yaxaladı. Mövsüm öncəsi “Fənərbaxça”ya transfer olunan, lakin ilk dövrədə istənilən oyunu ortaya qoymayan Emre mətbuat və azarkeşlər tərəfindən də xeyli təpki almışdı. Amma sarı larcivədli forma ilə 2009-cu ildə çıxdığı 6 matçın hamısında 90 dəqidə meydanda oldu. Bütün bu uğurlu seriyanın tarixinin futbolçunun ailə qurduğu 2009-cu ilin 2 yanvarından sonraya təsadüf etməsi “nigahda kəramət var” ifadəsini bir daha ağıllara gətirmiş oldu. Emre buna qədər yalnız 2000-2001 ildə “Qalatasaray”ın heyətində ardıcıl 7 liq matçının hamısında 90 dəqiqə oynamaqla yadda qalmışdı. Həmin vaxtdan sonra bu, onun ilk belə uğurudur. Belezoğlu “İnter” və “Nyukasl”da oynadığı dövrdə isə ən çox 4 matçda 90 oynamağa imkan tapmışdı.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı