Rusiya millisinin məşqçisi: “Azərbaycanla oyuna ciddi hazırlaşırıq"

Rusiya millisinin məşqçisi: “Azərbaycanla oyuna ciddi hazırlaşırıq"
DÜNYA FUTBOLU 16 Fevral 2009 / 13:38 3253
-  A +

Rusiyanın mətbuatına verdiyi açıqlamada bu ölkənin milli komandasında Qus Hiddinkin köməkçisi olan İqor Korneyev belə deyib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Korneyev Hiddinkin İngiltərəyə keçidinin milliyə ciddi təsir göstərməyəcəyini deyib: “Heç kimə sirr deyil ki, Hiddinkin “Çelsi”ni seçməyində əsas rolu pul oynadı. Amma bunun milli komandaya ciddi təsir edəcəyini düşünmürəm. Eyni anda iki yerdə işləmək praktikası ilk dəfə deyil. Hiddink bir neçə il əvvəl də eyni anda həm PSV-ni, həm də Avstraliya millisinin baş məşqçisi oldu və uğur qazandı. Onun bir köməkçi kimi məni və Aleksandr Borodyuku qiymətləndirməsi çox xoşdur. Amma hollandiyalının Rusiyadan gedişindən sonra bizim birlikdə onun postunda uğur qazanıb-qazanmayacağımızı zaman göstərəcək”. Kornev qısaca olaraq millimizlə oyuna da toxunub: “Azərbaycanla oyuna ciddi hazırlaşırıq. Bizdə olan məlumata görə, onlar da eyni qaydada hazırləq keçirlər. Deməli, meydana məsuliyyətlə çıxmaq lazımdır. Məncə, öz oyunumuzu oynasaq həm Moskvada, həm də üç gün sonra Vadutsda Lixtenşteynə qarşı oyunda uğurlu nəticə əldə edəcəyik”.  


Son xəbərlər