"Neftçi" ilə oyunöncəsi "Gəncə"də üç itki

XƏBƏR 17 Dekabr 2010 / 15:58 1917
-  A +

Unibank Premyer Liqasının XVIII turunda "Neftçi" klubunu qəbul edəcək "Gəncə" şənbə günü keçiriləcək oyuna bir sıra itkilərlə çıxacaq. Klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun verdiyi məlumata görə, ayaq damarı qırılan Ceyhun Sultanov və qabırğası sınan Xəyal Mustafayev "Neftçi" ilə oyunda iştirak edə bilməyəcək. Kamerunlu Armand Feutçinenin meydana çıxması da sual altındadır.

Bu gün oyunöncəsi son hazırlığını keçəcək "Gəncə" komandası "Neftçi" ilə qarşılaşmada qələbə qazanaraq Unibank Premyer Liqasında və NBC Bank Azərbaycan kubokunda rəqibindən aldığı məğlubiyyətlərin əvəzini çıxmaq əzmindədir.

Daha çox


Son xəbərlər