"Simurq" "Turan"la oyunda qələbə qazanmağı hədəfləyib

XƏBƏR 16 Dekabr 2010 / 16:47 1355
-  A +

Unibank Premyer Liqasının XVIII turunda Tovuzda yerli "Turan" komandasının qonağı olacaq "Simurq" bazar günü keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, qarşıdakı oyuna yüksək əhval-ruhiyyədə hazırlaşan baş məşqçi Coko Haciyevskinin komandası "Turan"la oyunda qələbə hədəfləyir. Qış transfer dövründə heyətini bir neçə təcrübəli futbolçu ilə gücləndirməyi düşünən Zaqatala təmsilçisinın təlim-məşq prosesini harada keçirəcəyi MOİK-lə oyundan sonra məlum olacaq.


Son xəbərlər