Xalidu Sissoko: "Uzun müddət oynamadığıma görə, məyus olmuşdum"

Xalidu Sissoko: "Uzun müddət oynamadığıma görə, məyus olmuşdum"
XƏBƏR 15 Dekabr 2010 / 15:53 1654
-  A +

Bir müddət zədə səbəbindən meydanlardan kənar qalan "Bakı" klubunun qapıçısı Xalidu Sissokonun qayıdışı uğurlu alınıb. Qol.AZ-ın məlumatına görə, son 2 oyunda çərçivədəki yerini inamla qoruyan seneqallı qapıçı bu barədə belə danışıb: “Uzun müddət idi ki, oynamırdım. Buna görə də bir qədər məyus olmuşdum. Liderlik mənim qanımdadır. Meydanda olduğum zaman oyunu öz üzərimə götürməyi xoşlayıram. Son iki oyunda əsas heyətdə meydana çıxmağım özünə inam hissimi artırıb. “Neftçi” ilə oyuna bizim üçün yeni mərhələnin başlanğıcı kimi baxıram. Bu həftə daha bir iddialı klub olan “İnter”lə qarşılaşacayıq. “Neftçi” ilə oyunda olduğu kimi oynasaq, mütləq qalib gələcəyik. İlkin mərhələdə əsas məqsədimiz altıliğa”düşməkdir”.

Son xəbərlər