Arif Əsədov: "Gəncə"ni kubok oyununda olduğu kimi, bu dəfə də məğlub edəcəyik"

Arif Əsədov: "Gəncə"ni kubok oyununda olduğu kimi, bu dəfə də məğlub edəcəyik"
XƏBƏR 15 Dekabr 2010 / 15:14 1473
-  A +

"Neftçi" Unibank Premyer Liqasının 18-ci turunda "Gəncə" ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, dekabrın 18-də Gəncə şəhər stadionunda keçiriləcək oyun haqda "Neftçi"nin baş məşqçisi Arif Əsədovun klubun rəsm saytına danışıb: "Son turdakı məğlubiyyətdən sonra zirvədəki yerimizi itirmişik. Çalışacağıq ki, liderliyi yenidən qaytaraq. Bunun üçün əvvəlcə qarşıdan gələn oyunlarda qələbə qazanmalıyıq. Xal ehtiyatımızı daha da yaxşılaşdırmaq üçün iki qarşılaşmadan 6 xal toplamalıyıq. Qarşıdakı oyunumuza gəlincə, Gəncədəki görüşlər həmişə çətin keçir. Buna dekabrın 8-də "Gəncə" ilə keçirdiyimiz kubok oyununda bir daha əmin olduq. Əsas məqsədimiz qalib gəlməkdir. Düzdür, zədəli futbolçularımız var. Bununla belə, komanda oyuna yüksək əhval-ruhiyyədə hazırlaşır. İnanıram ki, "Gəncə"ni kubok oyununda olduğu kimi, bu dəfə də məğlub edəcəyik".

Daha çox


Son xəbərlər