Qus Hiddink rəsmən “Çelsi”nin baş məşqçisi oldu

Qus Hiddink rəsmən “Çelsi”nin baş məşqçisi oldu
DÜNYA FUTBOLU 11 Fevral 2009 / 18:16 3020
-  A +

Hollandiyalı Qus Hiddinkin “Çelsi” klubunun baş məşqçisi postuna təyinatı rəsmiləşib. Bununla bağlı artıq “zadəganlar”ın rəsmi İnternet saytında da xəbər yerləşdirilib.

63 yaşlı mütəxəssis yeni vəzifədə iki gün öncə istefaya göndərilmiş braziliyalı Luis Felipe Skolarini əvəzləyib. Bununla da o, mayın sonunadək həm Rusiya millisini, həm də “Çelsi”ni çalışdıracaq.

Hiddink rusiyalıların Azərbaycan milli komandasına qarşı martın 28-də Moskvada keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin oyununa həm də “Çelsi”nin baş məşqçisi kimi çıxacaq. O, London klubunun üzvləri ilə bu həftə görüşəcək. Onun “Çelsi”də 4 ay ərzində 2,5 milyon funt sterlinq qazanacağı gözlənilir.


Son xəbərlər