Zidan-Materatsi qalmaqalı təkrarlandı (VİDEO)

VİDEO 22 Noyabr 2010 / 13:08 3326
-  A +

İtaliya çempionatının son turunda, «Kyevo»nun «İnter»i 2:1 hesabı ilə məğlub etdiyi oyunun 38-ci dəqiqəsində kamerunlu ulduz Samuel Eto’o rəqibin müdafiəçisi Bostyan Sezarın sinəsinə kəllə ilə vuraraq onu yerə yıxıb. Qol.Az-ın məlumatına görə, Eto’onun 2006-cı ilin dünya çempionatının finalında fransalı Zinəddin Zidanın Marko Materatsini kəllə ilə vurduğu ana bənzəyən bu epizod hakimin gözündən qaçsa da, etdiyi hərəkət videogörüntülərə düşüb. Bu səbəbdən kamerunlu ulduzun cəzalandırılacağı gözlənilir.



Son xəbərlər