Qəbələdə də “Məktəbli kuboku” keçiriləcək

Qəbələdə də “Məktəbli kuboku” keçiriləcək
XƏBƏR 20 Sentyabr 2010 / 12:07 1720
-  A +

Uşaq futbolunun inkişafı, istedadlı uşaqların üzə çıxarılması, futbolun kütləviliyinin təmin olunması məqsədilə AFFA tərəfindən ilk olaraq Bakıda həyata keçirilməsinə başlanan «Məktəbli kuboku» layihəsi sentyabrın 25-də Qəbələdə start götürəcək. AFFA ilə «Qəbələ» Futbol Klubu tərəfindən birgə təşkil olunmuş «Məktəbli kuboku»nda Qəbələ rayonunda yerləşən 36 məktəbin 1998-1999-cu il təvəllüdlü şagirdlərindən təşkil olunmuş komandalar mübarizə aparacaq.
Əsasnaməyə görə, komandaların sifariş ərizəsinə 10 futbolçunun – onlardan 2-si qız olmalıdır – adı daxil ediləcək. Hər komandanın start heyətində 1 qızın olması mütləqdir. Hər birində 6 komanda olmaqla komandalar 6 qrupda mübarizə aparacaq. Qrupda birinci yeri tutan komandalar növbəti qrup mərhələsinə yüksələcək. Burada ilk iki pillənin sahibi turnirin qalibi adı uğrunda həlledici oyuna çıxacaq. Oyunların keçiriləcəyi meydançalar, məktəblilərin oyuna gətirilməsi «Qəbələ» FK tərəfindən təmin olunacaq. Bütün komandalar oyunlara AFFA-nın təqdim etdiyi formalarda çıxacaqlar. Qaliblərə AFFA-nın hədiyyələri – toplar, xatirə medalları və kubok təqdim olunacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi