İlqarla Pereyra oynamadı, komandaları növbəti qələbəsini qazandı

İlqarla Pereyra oynamadı, komandaları növbəti qələbəsini qazandı
XƏBƏR 20 Sentyabr 2010 / 11:54 1741
-  A +

Türkiyə Bank Asya birinci liqasında 4-cü turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, azərbaycanlı futbolçular – İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu” doğma divarlar arasında “Diyarbəkirspor”la münasibətlərinə aydınlıq gətirib. Matçda ilk yarı qolsuz tamamlansa da, 56-cı dəqiqədə künc zərbəsindən sonra Yunus Altun meydan sahiblərinə qələbə gətirən qola imza atıb. Lakin həmyerlilərimizdən heç biri bu qələbədə pay sahibi ola bilməyib. Çünki baş məşqçi Yüksel Yeşilova hələ də Bank Asyada debüt edə bilməyən Pereyrayla yanaşı, bu dəfə İlqarı da meydana buraxmayıb. Halbuki, Qurbanov açılış turunda start heyətində meydana çıxmışdı.
Hazırda “Mersin İdman Yurdu”nun 3 oyundan 2 qələbə, 1 heç-heçə ilə 5-ci pillədə qərarlaşdığını da vurğulayaq. 7 xala malik həmyerlilərimizin bundan əvvəlki turda “Samsunspor”la qarşılaşması baş məşqçi Yeşilovanın bıçaqlanması səbəbi ilə yarımçıq dayandırılıb və hələlik o matç barədə qərar çıxarılmayıb.

Daha çox


Son xəbərlər