Şefer: “Futbolçularım son 35 dəqiqədə meydanda can qoydular”

Şefer: “Futbolçularım son 35 dəqiqədə meydanda can qoydular”
XƏBƏR 19 Sentyabr 2010 / 21:16 1866
-  A +

"Öncəki qarşılaşmalarda olduğu kimi, bu dəfə də oyunumuz alınmadı. Hücumlar qururduq, ancaq təəssüf ki, qapıya qol vura bilmirdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Vinfrid Şefer söyləyib.
Bu gün Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində səfərdə “Simurq”un qonağı olan və 1:1 hesablı heç-heçəylə barışan “zolaqlılar”ın çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Futbolçularım bu gün oyunun son 35 dəqiqəsində meydanda can qoydular. Mən istəyirəm ki, onlar bütün oyun boyu belə oynasınlar”.

Daha çox


Son xəbərlər