İqor Mitreski: “Azərbaycan millisi onun rəhbərliyi altında pis oyun göstərmirdi”

İqor Mitreski: “Azərbaycan millisi onun rəhbərliyi altında pis oyun göstərmirdi”
XƏBƏR 17 Sentyabr 2010 / 15:18 2135
-  A +

Makedoniya millisinin və “Neftçi”nin şərəfini qoruyan İqor Mitreski “Qafqazinfo.az” internet qəzetinə müsahibə verib. Makedoniyalı futbolçu bəzi maraqlı nüanslara aydınlıq gətirib.
- Hazırda “Neftçi”nin vəziyyəti nə yerdədir?
- Hazırda çox yaxşı heyətimiz var. Eləcə də əla məşqçi korpusuna malik bir komandayıq. Bir-birimizə kömək etməyə çalışırıq. Düşünürəm ki, çempion olmaq üçün bütün mövsüm boyu çalışmalıyıq. Hələ qarşıda 32 oyun var. Ona görə çempionluqdan danışmaq məncə tezdir. Addım-addım irəliləyirik. Hələlik irəlidəki oyunlara baxmalıyıq.
- “Xəzər Lənkəran”la oyun haqda nə deyə bilərsiniz?
- Mən hələ bu oyun haqda fikirləşmirəm. Çünki bizim qarşıda MOİK-lə ev oyunumuz var. Bəli “Xəzər Lənkəran” güclü komandadır, amma bu haqda bazar günündən sonra fikirləşməliyik.
- Makedoniya - Ermənistan oyununda 90 dəqiqə mübarizə apardın. Bu oyun haqda fikirlərin…
- Bu matç iki il ərzində keçirdiyimiz ən pis oyun oldu. Komanda da bir neçə zədəli futbolçularımız var idi. Bu da oyunumuza pis təsir etdi. Daha çox əks hücumlarda yaxalandıq və qol buraxdıq. Biz də pis oyun sərgiləmədik. Onlar da iki qol vurdu, bizdə. Hazırda aktivimizdə bir xal var. Hər şey geridə qaldı. İndi isə Rusiya ilə oyuna ciddi hazırlaşmalıyıq.
- Qyoko Haciyevski yenidən Azərbaycan millisinə qayıtsa, sizcə necə olar?
- Mən Haciyevski haqda yüksək fikirlər söyləyə bilərəm. Makedoniyada ən yaxşı məşqçi ünvanına sahibdir. On ildən çoxdur ki, Makedoniyadan kənarda fəaliyyət göstərir. Böyük təcrübəsi var. Ən əsası futbolçularla yaxşı münasibət qurmağı bacarır. Düşünürəm ki, Azərbaycan yığmasına qayıtsa daha yaxşı olar. Çünki Azərbaycan millisinin onun rəhbərliyi altında pis oyun göstərmirdi. Onu kifayət qədər yaxşı tanıyıram. Düşünürəm ki, “Simurq”un hazırkı vəziyyəti müvəqqətidir. Tezliklə komanda da hər şeyi qaydaya salacaq.
- Premyer Liqada çempionluğa ən iddialı komandalar hansıları görürsünüz?
- Düşünürəm ki, 3-4 komanda Premyer Liqada çempionluq uğrunda mübarizə aparacaq. “Qarabağ”la “Neftçi” Avropa Liqasında əla oyun nümayiş etdirdilər. Eyni zamanda “İnter” və “Xəzər Lənkəran”ın da güclü heyəti var. “Bakı”ya gəldikdə isə onların bu vəziyyətdən çıxacağını, hətta tezliklə yuxarı pilləyə yüksələcəyini düşünürəm.
- Azərbaycan futbolu digər ölkələrlə müqayisədə hansı səviyyədədir?
- Hər bir ölkənin öz futbol səviyyəsi var. Azərbaycan futbolunu heç bir ölkə ilə müqayisə etmək olmaz. Ən əsas da Rusiya və Almaniya futbolu ilə müqayisə edilə bilməz. 3-4 komandanı çıxmaq şərti ilə səviyyə yaxşıdır.
- Sizcə hakimlər oyunu ədalətli idarə edirlər?
- Heç vaxt hakimlər haqda düşünmürəm. Çünki futbolçular öz oyununu oynamalıdır. Mən bu haqda heç nə deyə bilmərəm. Əsas odur ki, hakimlər oyunu ədalətli idarə etsinlər. Gerisini isə AFFA fikirləşsin.
- Bakıda harada və kimlə qalırsınız?
- Ailəmlə şəhərin mərkəzində qalıram. 4 yaşında bir övladım var. Tezliklə ikincisi övladım olacaq. Bakıya gəldikdə isə şəhər çox gözəldir. Hətta mən makedoniyalı jurnalistlərə məsləhət gördüm ki, gəlib Bakını gəzsinlər.
- “Neftçi”də sizə ən yaxın futbolçu kimdir?
- Mənim futbolçuların hamısı ilə yaxşı münasibətim var. Ancaq mənə ən yaxın Slavko Georgiyevskidir. Onunla Makedoniya millisindən tanışam. Ondan əlavə Emil Mpenza, Rail Məlikov və Bahodir Nasimov ilə yaxşı münasibətim var. Heç kimlə problemim yoxdur. Biz bir ailə kimiyik.

Daha çox


Son xəbərlər