Məşhur futbolçu striptiz göstərərkən yaxalandı

Məşhur futbolçu striptiz göstərərkən yaxalandı
XƏBƏR 17 Sentyabr 2010 / 14:41 2076
-  A +

Fransanın PSJ komandasında futbolçusu Lüdovik Jüli bir gecə klubunda striptiz göstərərkən paparatsi kamerasına tuş gəlib. Lent.az-ın məlumatına görə, o, klubda dostları ilə birgə xeyli içki qəbul edib. Bundan sonra striptiz göstərməyə başlayan 34 yaşlı fransalı yarımmüdafiəçini bir qədər sonra dostları kameraya çəkildiyi haqda məlumatlandırıblar. Bunu eşidən Jüli utandığından “yerə girib”.
Qeyd edək ki, Lüdovik Jüli karyerasının ən yaxşı illərini İspaniyanın “Barselona” və Fransanın “Monako” klublarında keçirib. O, “Barsa”nın heyətində 2005-2006-cı il mövsümündə Çempionlar Liqasının qalibi, “Monako”da isə 2003-2004-cü il mövsümündə turnirin finalçısı olub.

Daha çox


Son xəbərlər