Almaniya millisi daha bir sınaqçı rəqib tapdı

Almaniya millisi daha bir sınaqçı rəqib tapdı
XƏBƏR 17 Sentyabr 2010 / 14:13 1914
-  A +

AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparan Almaniya yığması yoxlama oyunu üçün daha bir rəqib tapıb. Qol.Az-ın məlumatına görə, Yoahim Lövün komandası Avstraliya millisini sınağa çəkməli olacaq. Almaniya Futbol İttifaqının rəhbərliyi artıq Bundestimin “Yaşıl qitə” təmsilçisini sınağa çəkməsinə razılıq verib.
Bu məsələdə avstraliyalıları alman mütəxəssis Holger Osiyekin çalışdırmağının da rolu olub. Rəqibimiz bu yoxlama oyununu gələn il martın 29-da keçirəcək. Münhenqladbaxda keçiriləcək görüşün iştirakçıları yayda CAR-da təşkil olunan dünya çempionatının final mərhələsində də üz-üzə gəlmişdilər. Həmin vaxt rəqibimiz 4:0 hesablı qələbə qazanmışdı.

Daha çox


Son xəbərlər