Avroliqanın son qalibi məğlubiyyət, “Beşiktaş” qələbəylə başladı

Avroliqanın son qalibi məğlubiyyət, “Beşiktaş” qələbəylə başladı
DÜNYA FUTBOLU 17 Sentyabr 2010 / 11:49 2597
-  A +

Çempionlar Liqasının ardınca Avropa Liqasında qrup mərhələsinin də ilk turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən gecə Avropanın yaşıl meydanlarında 12 qrup çərçivəsində 24 matç baş tutub.
Türkiyənin Avropa Liqasındakı yeganə təmsilçisi "Beşiktaş" "İsmət İnönü" stadionunda Bolqarıstanın SSKA komandasını qəbul edib. "Qara Qartal" çətin keçən oyunun son dəqiqəsində Fabian Ernstin qolu ilə qələbə Sofiya təmsilçisini məğlub edib. Maraq üçün xatırladaq ki, bu oyunun hakim-inspektoru həmyerlimiz Murad Məmmədov idi. Ən maraqlı məqamlardan biri Avroliqanın son qalibi "Atletiko"nun yeni mövsümə məğlubiyyətlə başlaması olub.
MDB məkanı ölkələrini təmsil edən klublardan "Şerif" Hollandiyada "Alkmaar"a 1:2 hesabı ilə uduzub. Kiyev "Dinamo"su evdə Belarusun BATE klubu ilə "sülh" bağlayıb - 2:2. Rus klubları səfər oyunlarında 3 qolla qələbəyə sevinib. Belə ki, Moskva SSKA-sı İsveçrədə "Lozanna"ya 3:0, "Zenit" Belçikada "Anderlext"ə 3:1 hesabı ilə qalib gəlib. Ukrayna "Metallist"i gecənin ən böyükhesablı qələbəsinə imza atıb. Ukraynalılar Macarıstanda "Debretsen"i darmadağın edib. Ukraynanın digər təmsilçisi, "Qalatsaray"ı mübarizədən kənarlaşdıran "Karpatı" "Qarabağ"ın qənimi "Borussiya" ilə qarşılaşıb. Ukraynada keçirilən oyunda meydan sahibləri 3:2 hesabı ilə önə keçsə də, son dəqiqələrdə iki qol buraxaraq, məğlub olublar.
AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA nümayəndəsi olduğu "Lill" - "Sportinq" matçında qapılara 3 qol vurulub və qonaqlar 2:1 hesablı qələbəyə sevinib.

Avropa Liqası, qrup mərhələsi
1-ci tur
16 sentyabr

A qrupu
“Zaltsburq” (Avstriya) – “Mançester Siti” (İngiltərə) – 0:2
Qollar: Silva, 8. Jo, 63.

“Yuventus” (İtaliya) – “Lex” (Polşa) – 3:3
Qollar: Kyellini, 45; 50. Del Pyero, 68 – Rudnevs, 14-pen.; 30; 90.

B qrupu
“Aris” (Yunanıstan) – “Atletiko” (Madrid, İspaniya) – 1:0
Qol: Xavito, 59.

“Bayer” (Almaniya) – “Rusenborq” (Norveç) – 4:0
Qollar: Helmes, 4; 58; 61, Reynarts, 38.

C qrupu
“Lill” (Fransa) – “Sportinq” (Portuqaliya) - 1:2
Qollar: Frau, 57 – Vukçeviç, 11. Poştiqa, 34.

“Levski” (Bolqarıstan) – “Gent” (Belçika) – 3:2
Qollar: Koazinyo, 42. Dembele, 60. Qrin, 84 – Azofeyfa, 23. Suler, 48.

D qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Vilyarreal” (İspaniya) – 2:0
Qollar: Rukavina. 18. Sammir, 80.

“Brügge” (Belçika) – PAOK (Yunanıstan) – 1:1
Qollar: Koumaha, 61 – Mzlesaş, 78.

E qrupu
“Alkmaar” (Hollandiya) – “Şerif” (Moldova) – 2:1
Qollar: Qudmundsson, 14. Jalien, 83 – Moreno, 68-öz qapısına.

“Dinamo” (Kiyev, Ukrayna) – BATE (Belarus) – 2:2
Qollar: Milevski, 34. Yeryomenko, 44 – Rodionov, 3. Nexayçik, 54.

F qrupu
“Sparta” (Çexiya) – “Palermo” (İtaliya) – 3:2
Qollar: Boni, 17. Kladrubski, 68. Kadlets, 75 – Makkarone, 38. Ernandes, 83.

“Lozanna” (İsveçrə) – SSKA (Moskva, Rusiya) – 0:3
Qollar: Lav, 2; 80-pen. İqnaşeviç, 68.

G qrupu
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) – 1:3
Qollar: Suares, 65 – Kerjakov, 8; 33; 44.

AEK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) – 3:1
Qollar: Cebbur, 13. Liberopulos, 65. Skokko, 89 – İbriçiç, 29-pen.

H qrupu
“Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) – 3:0
Qollar: Kakau, 24-pen. Gentner, 59. Taşçı, 90.

“Xetafe” (İspaniya) – “Odense” (Danimarka) – 2:1
Qollar: Arizmendi, 51. Rios, 82 – Arizmendi, 43-öz qapısına.

I qrupu
“Debretsen” (Macarıstan) – “Metallist” (Ukayna) – 0:5
Qollar: Edmar, 24; 74. Xavyer, 34. Fininyo, 77. Valyayev, 89.

PSV (Hollandiya) – “Sampdoriya” (İtaliya) – 1:1
Qollar: Cudyak, 90 – Kaççiatorre, 24.

J qrupu
“Karpatı” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya) – 3:4
Qollar: Qolodyuk, 44. Kopovalets, 52. Kojanov, 78 – Şahin, 12-pen. Qötze, 27; 90. Barrios, 87.

“Sevilya” (İspaniya) – PSJ (Fransa) – 0:1
Qol: Nene, 75.

K qrupu
“Napoli” (İtaliya) – “Utrext” (Hollandiya) – 0:0

“Liverpul” (İngiltərə) – “Styaua” (Rumıniya) – 4:1
Qollar: Koul, 1, Nqoq, 56; 90. Lukas, 81 – Tanase, 13.

L qrupu
“Beşiktaş” (Türkiyə) – MOİK (Bolqarıstan) – 1:0
Qol: Ernst, 90
“Porto” (Portuqaliya) – “Rapid” (Avstriya) – 3:0
Qollar: Rolando, 26. Falkao, 65. Mikael, 77.


Son xəbərlər