“Region Kuboku”nun qalibləri sentyabrın 20-də məlum olacaq

“Region Kuboku”nun qalibləri sentyabrın 20-də məlum olacaq
XƏBƏR 16 Sentyabr 2010 / 17:54 2024
-  A +

Sentyabrın 20-də AFFA ilə Regional Futbol Federasiyaları İctimai Birliyinin birgə təşkil etdiyi 15 yaşadək futbolçulardan ibarət komandalar arasında “Region Kuboku”na yekun vurulacaq. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, saat 15:00-da keçiriləcək üçüncü yer uğrunda oyunda «Gənclik» (Şəki) və «Şahdağ» (Qusar) komandaları qarşılaşacaq. UGİM (Mingəçevir) və «Siyəzən» komandaları arasındakı final oyunu isə saat 18:00-da başlayacaq. Hər iki oyun Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək.


Son xəbərlər