Vitali Kovalyov ad günündə yumurta atəşinə tutuldu

Vitali Kovalyov ad günündə yumurta atəşinə tutuldu
XƏBƏR 15 Sentyabr 2010 / 17:03 2151
-  A +

Türkiyənin Bank Asya birinci liqasında mübarizə aparan "Kartalspor" klubunda forma geyinən həmyerlimiz Vitali Kovalyov dünən doğum gününü qeyd edib. Qol.Az-ın məlumatına görə, təcrübəli qolkiperin 33 yaşı tamam olub. Bu əlamətdar günü o, komanda yoldaşlarıyla da qeyd edib. Ötən gün baş tutan məşqin sonunda komanda yoldaşları onun doğum gününü Braziliya üsulu ilə qeyd edib. Həmyerlimiz paltardəyişmə otağına yollanarkən birdən komanda yoldaşları onu yumurta atəşinə tutub. Nə baş verdiyini anlamayan Kovalyov isə bir anlıq özünü itirib.

 

Daha çox


Son xəbərlər