Çempionumuz Gürcüstan klubuna məğlub oldu

Çempionumuz Gürcüstan klubuna məğlub oldu
XƏBƏR 14 Sentyabr 2010 / 14:22 1795
-  A +

Futzal üzrə Azərbaycan çempionu "Araz" yoldaşlıq oyunu keçirib. Qol.Az-ın məlumatına görə, UEFA Kubokuna hazırlaşan komandamızın rəqibi son Gürcüstanın çempionu "İberiya Star" klubu olub.
Bakı İdman Sarayında baş tutan oyun gürcülərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Araz"ın qollarına Rizvan Fərzəliyev və Ribeyro Dos Santos imza atıb.
Joze Alessio da Silvanın başçılıq etdiyi komandamız bu gün gürcülərlə daha bir oyun keçirəcək. Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16.00-da başlayacaq.

Daha çox


Son xəbərlər