AFFA ən zərt cəzanı “Xəzər Lənkəran”la MOİK-ə kəsdi

AFFA ən zərt cəzanı “Xəzər Lənkəran”la MOİK-ə kəsdi
XƏBƏR 14 Sentyabr 2010 / 13:18 2001
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda Unibank Premyer Liqasının 5-ci turunda baş berən olaylar müzakirə olunduqdan sonra qeydə alınan qanun pozuntularına belə hüquqi qiymət verilib.
“Xəzər Lənkəran” – MOİK matçının 72-ci dəqiqəsində MOİK-in futbolçusu Fərid Həşimzadə azarkeşlərin ünvanına qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 72-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
AZAL – “Simurq” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Vüsal Qarayev oyunun vaxtını uzatdığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Bakı” – “Gəncə” matçının 59-cu dəqiqəsində “Bakı”nın futbolçusu İbrahim Karqbo əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 59-cu dəqiqəsində “Bakı”nın futbolçusu Əziz Quliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Daha çox


Son xəbərlər