Tuncay Şanlının komandasından əzmkar qələbə

Tuncay Şanlının komandasından əzmkar qələbə
XƏBƏR 14 Sentyabr 2010 / 11:45 1958
-  A +

İngiltərə çempionatının 4-cü turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, cari mövsümün maksimum nəticə göstərən yeganə komandası olan “Çelsi” yenə də itkisiz ötüşüb. Səfərdə “Vest Hem”in qonağı olan Karlo Ançelottinin komandası növbəti 3 xalını bayram edib. Liderin əsas izləyicilərindən “Arsenal” da növbəti qələbəsini qazanıb. “Mançester Yunayted” isə səfərdə 3 qol vurduğu “Everton”la 90-cı dəqiqədən sonra buraxdığı qollarla şok heç-heçəylə kifayətlənib. “Mançester Siti” də doğma meydanda heç-heçə ilə barışmalı olub. Digər nəhənglərdən “Liverpul” isə “Birmingem”lə qolsuz bərabərliyə razılaşıb.
Tura dünən gecə baş tutan yeganə oyunla yekun vurulub. Türkiyə millisinin üzvü Tuncay Şanlının formasını geydiyi “Stok Siti” “Aston Villa”nı qəbul edib. Qonaqlar hesabı açsa da, son dəqiqələrdə iki qol vuran meydan sahibləri əzmkar qələbəyə sevinib.

İngiltərə Premyer Liqası
4-cü tur
11 sentyabr

“Everton” – “Mançester Yunayted” – 3:3
Qollar: Pinar, 39. Keyhill, 90. Arteta, 90 – Fletçer, 43. Vidiç, 51. Berbatov, 66.

“Arsenal” – “Bolton” – 4:1
Qollar: Kosçielni, 24. Şamax, 58. Sonq, 78. Vela, 83 – Elmander, 45.

“Fulhem” – “Vulverhempton” – 2:1
Qollar: Dembele, 49; 90 - Van Damm, 10.

“Mançester Siti” – “Blekbern” 1:1
Qollar: Vyeyra, 56 – Kaliniç, 25.

“Nyukasl” – “Blekpul” – 0:2
Qollar: Adam, 45-pen. Kempbel, 90.

“Vest Bromviç” – “Tottenhem” – 1:1
Qollar: Modriç, 27. Brunt, 41.

“Vest Hem” – “Çelsi” – 1:3
Qollar: Parker, 85 - Essyen, 2; 83. Kalu, 17.

“Viqan” – “Sanderlend” – 1:1
Qollar: Alkaras, 87 – Qyan, 66.

12 sentyabr
“Birmingem” – “Liverpul” – 0:0

13 sentyabr

“Stok Siti” – “Aston Villa” – 2:1
Qol: Cons, 80. Hut, 90 - Douninq, 34.

Daha çox


Son xəbərlər