Vinfrid Şefer komandasını istirahətə buraxdı

XƏBƏR 13 Sentyabr 2010 / 17:15 1945
-  A +

Unibank Premyer Liqasının 5-ci turu çərçivəsində dünən doğma divarlar arasında “Gəncə”ni qəbul edən və heç-heçə ilə kifayətlənmək məcburiyyətində qalan “Bakı”nın üzvləri almaniyalı baş məşqçi Vinfrid Şefer tərəfindən bir günlük istirahətə buraxılıb. Qol.Az-ın məlumatına görə, bu haqda paytaxt klubunun rəsmi saytı xəbər yayıb. Komanda üzvləri növbəti oyunun hazırlıqlarına sabahdan etibarən start verəcək. Əsas komandanın növbəti məşqi sabah saat 10:00-a təyin olunub.
Qeyd edək ki, “Bakı” növbəti oyununu sentyabrın 19-da səfərdə “Simurq”a qarşı keçirəcək.

Daha çox


Son xəbərlər