"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"

"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
XƏBƏR 2 Avqust 2020 / 16:02 3443
-  A +

"Napoli"nin baş məşqçisi Cennaro Qatuzzo Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə görüşdən öncə komandanın kapitanı Lionel Messi haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçu haqqında düşüncələri ilə bağlı verilən sualı belə cavablandırıb:

"Messini ya yuxumda, ya da oğlumun "Playstation"ında saxlaya bilərəm. "Milan"da oynayanda indikindən 10-15 kq arıq idim və onun qarşısını kəsməyə çalışmışdım".

Qeyd edək ki, Çempionlar Liqasının 1/16 finalının cavab oyunları çərçivəsində  keçiriləcək "Barselona" - "Napoli" matçı avqustun 8-də baş tutacaq.  Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?