La Liqada 4 oyunluq baş məşqçi

La Liqada 4 oyunluq baş məşqçi
XƏBƏR 21 İyul 2020 / 18:11 2359
-  A +

İspaniyanın "Alaves" klubu baş məşqçisi Xuan Munislə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssisin La Liqa təmsilçisindəki işi çox çəkməyib. Bu ayın 5-də komandaya baş məşqçi təyin edilən Munis "Alavesi"i 4 La Liqa oyununa çıxarıb. Komanda "Barselona" (0:5) və "Real"a (0:2) uduzsa da, "Betis" (2:1) və "Xetafe" (0:0) ilə oyunda 4 xal toplayaraq La Liqada qalmağı bacarıb.

Lakin klub rəhbərliyi ispan məşqçi ilə yolları ayırmaq qərarına gəlib. Onun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "Alaves" mövsümü 39 xalla 16-cı pillədə başa vurub.



Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda