Qazaxıstan klubunda 25 nəfərdə koronavirus aşkarlandı

Qazaxıstan klubunda 25 nəfərdə koronavirus aşkarlandı
XƏBƏR 29 İyun 2020 / 12:18 1392
-  A +

Qazaxıstanın "Kaysar" klubunda 25 nəfər koronavirusa yoluxub.

Qol.az "Sport.kz" saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib. O bildirib ki, virusa yoluxanlardan 10-u futbolçudur. Komandanın məşqləri dayandırılıb.

Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. "Kaysar"ın ilk oyunu "Taraz"ladır.
 


Son xəbərlər