"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov "Qəbələ” ilə yoxlama matçından (2:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, o, oyun təcrübəsini geri qaytarmaq baxımından yoxlama oyunlarının önəmli olduğunu vurğulayıb:
"İki gün əvvəl də yoxlama görüşü keçirmişdik. Bununla həm komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq, həm də çempionat oyunları arasında fasilənin az olacağını nəzərə alıb futbolçuların bu gərginliyə uyğunlaşmasını istəyirik. Bugünkü matça gəlincə, maraqlı oldu, hər iki komanda yaxşı oyun göstərdi. Təəssüf ki, bir-iki futbolçumuz yüngül də olsa zədələndi. Buna baxmayaraq, oyun təcrübəsini geri qaytarmaq baxımından belə görüşlər önəmlidir. Əzmkarlıq göstərdiklərinə görə hər iki komandanın üzvlərinə təşəkkür edirəm”.
O, 7 əvəzləmə etdiklərini bildirib: "Gənc, təcrübəsiz futbolçunun belə oyunlarda zədə alması xoşagəlməz olur. Ona görə də onları riskə atmaq istəmədik. İndiki halda komanda üç gündən bir oynamağa tam hazır deyil. Qısa fasilələr futbolçular üçün çox təhlükəlidir. Ona görə də keçən dəfə Platellas, bu dəfə isə Monroz zədələndi. Mikrozədələr olsa da, hər halda, zədədir. Maksimum çalışırıq ki, komandamız gərginliyə hazır olsun. Əminliklə deyə bilərəm ki, fiziki baxımdan tam hazır olmayacağıq. İki gündən bir oyun salırıq. Bu isə o deməkdir ki, komandanı çempionat matçlarına hazırlayırıq".
F.Məmmədov da çempionatın davam etdirilməsinin tərəfdarı olduqlarını söyləyib: "Komandanı da buna kökləyirik. Lakin məşqlərin bu səviyyədə getməsi futbolçuların çempionata hazır olmasına imkan verməyəcək. Çempionatı bu vəziyyətdə davam etdirmək komandamız üçün çətin olacaq”.
Rafinya "Disneyland Paris"i irqçilikdə günahlandırdı
"Arsenal"ın oyunçusu "Beşiktaş"a keçməyəcək
"Şamaxı" yoxlama oyunu keçirdi
"Trabzonspor" "Mançester Yunayted"lə razılaşdı
"Barselona" onunla yeni müqavilə imzalamaq niyyətində deyil
"Azərbaycanlılar antifutbol göstərirdilər"
2-ci Liqaya start verildi, 3 oyun keçirildi
Harri Maquayra Səudiyyə Ərəbistanından təklif
Alkantara "Barselona"ya qayıdır
"Kəpəz"də yeni təyinat
Villianın yeni klubu rəsmən açıqlandı
Azərbaycan millisi Farer adalarına qalib gəldi
Mbappe Arda Güleri qabaqladı
"Mançester Yunayted"də ayın ən yaxşısı seçildi
"Barselona" onunla yeni müqavilə imzalayır
Enrikenin başına hadisə gəldi
Emin Mahmudov azarkeşlərdən üzr istədi
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qurban Qurbanov: “Özlərini qeyri-peşəkar apardılar - Video
Ronaldo Ermənistanda azarkeşi itələdi - Video
Azərbaycan millisinin qapısındakı 5 qol - Video
DÇ-2026-ya vəsiqə qazandılar
“Zirə”nin yarımmüdafiəçisi üçün 56 dəqiqə
“Nəticəyə görə çox utanırıq” - Emin Mahmudov
Marko Yankoviç Çexiyaya qarşı oynadı
“Axı nəyə görə istefa verməliyəm?” - Fernandu Santuş
Ukrayna millisi Bakıya məğlub gəlir
İslandiyadan millimizə 5 cavabsız qol
U-21 millimiz Portuqaliyaya böyük hesabla məğlub oldu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qarabağ" yeni əməkdaşlığa başladı