"Məşqlər və oyunlar olmasa da, günlər sürətlə keçir. Mən ailəmlə evdəyəm, anam da buradadır və bizə köməklik edir".
Bu sözləri "Zirə"nin qapıçısı Boyan Zoqoviç koronavirus pandemiyası şəraitində fəaliyyəti haqqında danışarkən deyib.
31 yaşlı monteneqrolu qolkiper yalnız ərzaq almaq üçün evdən çıxdığını bildirib. Zoqoviç Monteneqrodakı durum barədə də fikirlərini bölüşüb: "Monteneqro koronavirusun ortaya çıxdığı son ölkələrdəndir. Vəziyyət hələ ki, sabitdir. Düşünürəm ki, orada həyat mayın əvvəlində normallaşacaq. Atam və qardaşımla daim əlaqə saxlayıram. Onlara görə narahatam, amma intizamlı olduqlarını və dövlətin bütün tələblərinə əməl etdiklərini bilirəm".
Mövsümün sonunda qəsəbə təmsilçisi ilə müqaviləsi başa çatacaq oyunçu "Zirə"də qalmaq istədiyini söyləyib: "Bu komandada özümü daha yaxşı tərəfdən göstərə bilərəm. Sözləşməm mövsümün sonunda başa çatır. Ümid edirəm ki, "Zirə"də qalsam, davamlı oyun şansı qazanacağam. Klubdakı insanlarla yaxşı ünsiyyətim var. Mövsümün sonunda klubunun planlarının nə olduğunu görəcəyik".
Qeyd edək ki, Boyan Zoqoviç 2019-cu ilin iyulundan "Zirə"də çıxış edir. Qəsəbə təmsilçisi 20 turdan sonra Azərbaycan Premyer Liqasında 23 xalla 5-ci pillədə qərarlaşıb. (report.az)
"Döyüşkən komandaya qarşı oynadıq" - Valdas Dambrauskas
"Sabah" "Qəbələ"ni belə məğlub etdi - Video
"Oyunumuz var, nəticə mütləq gələcək" - Kaxaber Sxadadze
“Traktor”dan ÇL-də növbəti qələbə
"Sabah" "Qəbələ"yə qalib gəldi
Pioli "Fiorentina"dan göndərilir
Sadıq Sadıqov istefa verdi
"Liverpul" "Real"la oyuna ciddi itki ilə çıxacaq
"Sabah" - "Qəbələ": Heyətlər açıqlandı
"Hər iki komanda üçün asan matç olmayacaq”
Qubada vurulan 2 qol - Video
Premyer Liqa klubunun oyunçusu silahla hədələndi
"Real"ın futbolçusu "Liverpul"la oyunu buraxacaq
2-ci liqada 7-ci tur 3 oyunla start götürdü
"Çelsi" və "Tottenhem"in "radar"ına düşdü
Piolinin “Fiorentina” macərası uğursuz başladı
Yamal sevgilisindən atasına görə ayrılıb
Cerrard Rusiya klubuna yenə rədd cavabı verdi
"Yuventus" Davidi göndərməyə hazırlaşır
Misli Premyer Liqasında ayın ən gözəl 5 qolu - Video
“Liverpul”un oyunçusu tənqid olundu
"Bavariya" tarixinin rekord gəlirini əldə etdi
Dibala penalti vurarkən zədələndi
"Mançester Siti"də bunu bacaran ən gənc futbolçudur
Tanınmış italiyalı məşqçi dünyasını dəyişdi
Yenidən "Bavariya" prezidenti seçildi
"Qarabağ" - "Çelsi" oyununun hakimləri müəyyənləşdi
“Neftçi”nin müdafiəçisi 200-cü oyununu keçirdi
Fərid Nəbiyev üçün yubiley
"Real" Arda üçün "Fənərbaxça"ya bonus ödəyəcək
Kubokdakı məğlubiyyətin əvəzini liderlik oyununda çıxdı
"Yamal zədəsi ilə yaşamağı öyrənməlidir"
1-ci liqada 5 oyunun hakimləri açıqlandı