Sissi Rayt: “Anlaşma istənilən səviyyədə deyil”

Sissi Rayt: “Anlaşma istənilən səviyyədə deyil”
XƏBƏR 6 Avqust 2010 / 16:30 2125
-  A +

15 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində bu gün Şağan Olimpiya İdman Kompleksinin stadionunda ikitərəfli oyun keçirib. Qol.Az-ın məlumatına görə, oyundan sonra yığmanın baş məşqçisi Sissi Rayt AFFA-nın rəsmi saytına fikirlərini bildirib: «Bu, bizim ikinci ikitərəfli oyunumuz idi. Birinci hissədə nisbətən zəif oyunun şahidi olduq. Fasilədə futbolçulara müvafiq tapşırıqlar verdik. Heyətdə yeni futbolçular olduğu üçün anlaşma istənilən səviyyədə deyildi. İkinci hissədə daha dəqiq ötürmələrin şahidi olduq və bunun sayəsində bir neçə qol vuruldu. Məşqlərin intensivliyini artıraraq yeni futbolçuların qısa zaman ərzində komandaya uyğunlaşmasına çalışacağıq».

Daha çox


Son xəbərlər