AZAL Junivan Suareslə yollarını ayırdı

AZAL Junivan Suareslə yollarını ayırdı
XƏBƏR 6 Avqust 2010 / 16:04 1836
-  A +

Premyer Liqanın startına iki gün qalmış AZAL bir futbolçu ilə yollarını ayırıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, ötən çempionatın ikinci dövrəsində komandaya cəlb olunan braziliyalı Junivan Suares de Melo heyətdən kənarlaşdırılıb. Buna səbəb Junivanının hazırlıq səviyyəsinin məşqçilər korpusunu qane etməməsi olub. Belə ki, baş məşqçi Nazim Süleymanovun rəhbərliyə verdiyi təqdimatda brazliyalı futbolçunun ustalıq səviyyəsinin aşağı düsməsi və komandaya yararsız olması göstərilib. Bunu nəzərə alan AZAL-ın rəhbərliyi braziliyalının komandadan çıxarılmasına qərar verib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi