Ronaldonun bacısı van Deykin cavabını verdi

Ronaldonun bacısı van Deykin cavabını verdi
DÜNYA FUTBOLU 3 Dekabr 2019 / 15:21 9081
-  A +

Kriştiano Ronaldonun bacısı Katia Aveiro "Qızıl top"un mükafatlandırma mərasimindən sonra "Liverpul"un futbolçusu Vircil Van Deykin qardaşı barədə söylədiyi fikrə əsəbiləşib.

Qol.az xəbər verir ki,  van Deyk jurnalistin "Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb" fikrinə "O rəqib idi ki?" deyə cavab verib.

Aveiro "İnstaqram" hesabı vasitəsi ilə "Liverpul"un oyunçusunu tənqid edib: "Bəzi insanlar əsəb pozurlar. Onun etdiyi hərəkət təvazökarlıqdan uzaqdır. Bir çox mükafat qazanmasına baxmayaraq, Ronaldoya "Qızıl top"un təqdim olunmayacağını hər kəs bilirdi.  Van Deyk, sənin getdiyin yerə Ronaldo min dəfə gedib gəlib. O, 3 liqada çempion olarkən sən oynadığın liqada illərdir çempionluq yaşaya bilməmisən. Sənin çıxış etdiyin ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub, yaşı da səndən az idi. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasında əzdi.İndi ondan daha çox kubok qazan, sonra danışmağa başla".

Qeyd edək ki, van Deyk zarafatla belə bir fikir səsləndirdiyini açıqlayıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi