Uels millisində daha bir itki

Uels millisində daha bir itki
DÜNYA FUTBOLU 13 Noyabr 2019 / 10:15 1460
-  A +

Avro-2020-nin seçmə mərhələsində millimizlə qarşılaşacaq Uels yığması daha bir itki ilə üzləşib.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, müdafiəçi Nil Teylor heyətdən çıxarılıb.

“Aston Villa”nın futbolçusu şəxsi işlərinə görə baş məşqçi Rayan Giqqzdən icazə istəyib. Onun əvəzinə milliyə kimin dəvət ediləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”), Co Uilyams (“Sanderlend”) və müdafiəçi Co Rodon (“Suonsi”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq.

Noyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Uels millisi 3 gün sonra Macarıstanı qəbul edəcək.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı