Millimizin rəqibinin heyətində dəyişiklik

Millimizin rəqibinin heyətində dəyişiklik
XƏBƏR 12 Noyabr 2019 / 10:30 654
-  A +

Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaq Slovakiya millisinin heyətində dəyişiklik edilib.

Qol.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Pavel Hapal mətbuat konfransında bildirib. O,   Laslo Beneşi (“Borussiya”, Mönhenqladbax, Almaniya) zədəli olduğu üçün heyətdən çıxardığını söyləyib. Əvəzində isə "Breşiya"nın üzvü Nikolas Şpalek milliyə çağırılıb.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək.

 

 

Daha çox


Son xəbərlər
10.12.19  12:40

80-ci qələbə