“Qarabağ”ın futbolçusu Araz Abdullayev “avtoşluq” etdiyi videosunu İnstaqram hesabından paylaşıb. Burada məsələ nə onun bahalı maşınından, nə də sosial şəbəkələrdə nəsə paylaşmağından gedir. Əsas məsələyə gələk – yəni avtoxuliqanlığa. Videodan təxmin etmək çətin deyil ki, Araz bilərəkdən bu hərəkətini çəkdirir və bununla özünü reklam etdirir.
Amma daha da pisi başqadır. Araz Azərbaycan milli komandasının və ölkənin bu gün ən populyar klubu “Qarabağ”ın oyunçusudur, onu sevən və izləyən yüzlərlə gənc insan var. Araz son hərəkəti ilə bilərəkdən , ya bilməyərəkdən həmin izləyiciləri avtoxuliqanlığa təşviq edir, həm də başqa insanların həyatı ilə oynayır. Daha doğrusu, artıq oynayıb da. Bizim belə bir fikir var - insanın özünə etdiyini, el yığışsa edə bilməz. Amma bu məsələ tək onun özünü nüfuzdan salmağı ilə bitməyib, “sürət sevgisi”nin bədbəxt tarixi uzundur.
Çoxlarının yadındadır ki, Araz 2013-cü ildə, hələ 21 yaşında “Neftçi”də oynadığı vaxtlarda maşınla yüksək sürətlə hərəkət edərkən Nobel prospektində təmizlik işləri aparan iki süpürgəçi qadını vurmuş və onlardan biri ölmüş, digəri də ağır yaralanmışdı. Bütün gün yollarda alın təri ilə işləyib, evinə bir tikə çörək aparan o qadınların günahı nə idi? Taleyin acı hökmünə bax. Gənc yaşda yüzminlik maşınla kef edən, real həyatda sürətlə maşın sürməyi kompüter oyunu ilə səhv salan, pul və şöhrətdən başı havalanan futbolçunun maşının altında qalmaq!.. Dəhşətdir! Deyilənə görə, Arazın törətdiyi bu cinayəti “Neftçi”nin o vaxtkı rəhbərliyi ört-basdır edərək həbsə girməyinin qarşısını aldı. O vaxt Arazı günahlandırıb, belə fikirlər də səsləndirdilər ki, gəncdir, səhvini anlayıb, bir də avtoxuliqanlıq etməz. Amma belə görünür ki, xeyr, Arazın ağlı başına gəlməyib. Son paylaşımı bunu deməyə əsas verir.
Həmin hadisənin üzərindən 6 il keçib. İndi Arazın 27 yaşı var. Millidə oynayır, Avropada çıxış edib. Amma hələ də həyat təcrübəsi qazanmayıb. Dünən baş verənləri unudaraq yenə maşını yüksək sürətlə idarə edir. Görəsən, vicdanı sızlayırmı? Yəqin ki, yox!
2018-ci ildən “Qarabağ”ın heyətində çıxış edir. O “Qarabağ”da ki son illər davamlı uğurlu çıxışları yox, həm də formalaşdırdığı müsbət imici ilə tanınır. Amma bu imici Araz və onun kimiləri bilib-bilmədən zədələyirlər. Bir müddət əvvələdək Mahir Emreli elə həmin İnstaqramda azarkeşlərlə yersiz münaqişələr girirdi. Onun ipini tam yığıb, qurtarmadan indi Araz “fəallığa” başlayıb. Daha da pisi odur ki, Araz belə video paylaşır, Mahir Emreli isə həmin videonun altına alovlu smaylik ataraq Araza dəstək verir. Bütün bunlar isə ictimai rəydə “Qarabağ”ın futbolçularına qarşı haqlı qəzəb yaradır. Yenə yaxşı ki, komandanın kapitanı Rəşad Sadıqov Arazın səhv etdiyini görərək vaxtında qəzəbli smayliklə olsa belə, reaksiya verib. Amma buna təkcə etiraz smaylikləri ilə münasibət kifayət etmir, həm də sözlər, konkret addım da lazımdır.
Çünki “Qarabağ” kimi böyük xalq sevgisi qazanan komandanın imicini korlamağa, klubun rəhbərliyinin, məşqçi və futbolçularının illərdir çəkdiyi əziyyəti bir düşüncəsiz video ilə yerə vurmağa heç bir futbolçunun mənəvi haqqı yoxdur. Ümid edək ki, Araz özü də heç olmasa bu dəfə etdiyi məsuliyyətsizliyin fərqinə varar və medianın, azarkeşlərin diqqətini “avtoşluğu” ilə deyil, özünün yaxşı oyunu və qolları ilə cəlb edər...
Məftun RƏSULZADƏ
Mingəçevirdə 3 qol və 1 "qırmızı" - Video
Avropa Liqasının rəmzi komandası bəlli oldu
"Barselona"da növbəti müqavilə - Rəsmi
2-ci liqada mükafatlandırma mərasimi keçirildi - Video
Region Liqasının çempionu oldular
"Qəbələ"nin böyükhesablı qələbəsindən - Video
Ten Haq "Bayer"ə razılıq verdi
AFFA Gənclər Liqasının qalibi bəlli oldu
Modriç də "Real"ı tərk edir
"Qarabağ" bu hücumçunu ala bilər
Nistelroy "Lester"dən gedir
Futzal üzrə Azərbaycan çempionu oldular
"Sabah" "Fənərbaxça" və "Başakşehir"lə eyni turnirdə
İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandası
Millimiz təlim-məşq toplanışına başladı - Şəkillər
Almaniya millisinin də heyəti məlum oldu
Belarus - Azərbaycan oyununun vaxtı və yeri açıqlandı
"Milan" yeni mövsümdə bu formanı geyinəcək - Şəkillər
"Qarabağ"ın U-11 komandası Polşaya yollandı
Bundesliqada mövsümün ən yaxşı futbolçusu açıqlandı
Avroliqanın bombardirləri oldular
"Real"la müqavilə üçün Madridə getdi
Amorim: "Mançester Yunayted"dən getməyəcəyəm"
Avroliqanın mükafatlandırma mərasimində biabırçılıq
“Tottenhem”in baş məşqçisindən qələbə şərhi
Avroliqadakı ingilis finalından - Video
Ronaldo 1000-ə doğru - Növbəti qol
"Tottenhem" Avropa Liqasının qalibi oldu
Azərbaycanlı FİFA referisi Avropa çempionatının oyununda
"Roma" onu əsas namizəd kimi görür
Yunanovdan növbəti poker, "Şəfa"dan darmadağın - Video
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
"Barselona" Fliklə yeni müqavilə imzaladı - Rəsmi
"Şahdağ Qusar" belə çempion oldu - Video
"İnter" "Barselona"nın futbolçusunu hədəflədi
"Şahdağ Qusar" 2-ci liqanın çempionu oldu
"Mançester Yunayted" və "Yuventus" onunla maraqlanır
De Brüyne seçim arasındadır
Avropada mövsümün rəmzi komandası
Fransa millisinin "Dördlər finalı" üçün heyəti
Misli Premyer Liqasında mövsümün son turunun hakimləri
Qurban Qurbanov “Barselona”nın düşərgəsində!
Ronaldo: "Daha 10 il futbol oynayacağam"
Azərbaycan - Macarıstan matçının hakimləri açıqlandı
18 ildir oynadığı "Real"dan ayrılır