Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, Rəşadın mövsümdə ilk qarşılaşması olub.
Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/10 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qol vuran müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.
Xatırladaq ki, Rəşad bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.
"Leyptsiq"i tərk edir
"Yuventus"un Konte planı
Cavid İmamverdiyev dubl etdi, komandası qalib gəldi - Video
Amorim 30 klub əməkdaşının xərclərini öz üzərinə götürdü
"Mançester Siti" Olmonu hədəflədi
"Liverpul"un təklifinə razıdır
Amil Yunanovdan poker, "Şəfa"dan darmadağın - Video
"26 maydan Braziliya millisinin baş məşqçisi olacağam"
Ronaldonun oğlu millidə debüt etdi
2-ci liqada çempionluğun taleyi son tura qaldı
Mövsümün sonuna qədər diskvalifikasiya edildi
Bölgə klubundan “Zirə”yə transfer
Fabreqas "Bayer"ə keçəcək?
1-ci liqada buhəftəki oyunların hakimləri
Ançelottinin köməkçilərindən biri məlumdur
Demiçelis Meksika klubundan qovuldu