Peres Neymara görə kredit götürdü

Peres Neymara görə kredit götürdü
DÜNYA FUTBOLU 21 Avqust 2019 / 21:42 7541
-  A +

"Real" PSJ-nin futbolçusu Neymarı transfer etməkdə israrlıdır.

Qol.az-ın "El Chiringuito TV"yə istinadən yaydığı xəbərə görə, Madrid klubunun braziliyalı hücumçu ilə müqavilə imzalamaq şansları daha yüksək qiymətləndirilir.

Bildirilir ki, "Real"ın prezidenti Florentino Peres Neymarın transferi üçün maliyyə müəssisələrinin birindən kredit götürüb. "Kral klubu"nun 27 yaşlı oyunçuya 120 milyon avro və 1-2 oyunçu təklif etməyə hazır olduğu bildirilib.


Son xəbərlər