Luis Suares sıradan çıxdı

Luis Suares sıradan çıxdı
DÜNYA FUTBOLU 17 Avqust 2019 / 10:59 3242
-  A +

La Liqanın birinci turunun “Atletik”ə qarşı dünən keçirilən oyununda “Barselona”nın hücumçusu Luis Suares zədə alıb.

Qol.az xəbər verir ki, əzələsi dartılan uruqvaylı oyunçu 34-cü dəqiqədə məcburi əvəzlənməli olub. Bu gün o, tibbi müayinədən keçəcək. Bundan sonra zədənin dəqiq xarakteri və futbolçunun bərpa müddəti müəyyənləşəcək.

Xatırladaq ki, dünənki görüşdə “Barselona” “Atletik”ə səfərdə 0:1 hesabı ilə uduzub.

 

Daha çox


Son xəbərlər
16.09.19  19:40

Zlatandan yeni rekord

16.09.19  12:22

400-cü ev qolu

16.09.19  11:33

Mövsümdə ilk