Qrizmann "Barsa"ya keçidindən danışdı

Qrizmann "Barsa"ya keçidindən danışdı
DÜNYA FUTBOLU 13 İyul 2019 / 01:25 6819
-  A +

“Barselona”nın yeni transferi Antuan Qrizmann Kataloniya klubuna keçidi haqda qısa şərh verib.

Qol.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan fransalı hücumçu yeni komandasına sədaqətlə xidmət edəcəyini bildirib:

“Karyeramda yeni bir çağırışın vaxtı idi. Nəhayət, “Barselona” ilə yollarımız birləşir. Komandamızın forması üçün sədaqətlə mübarizə aparacam”.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Barsa” ilə 5 illik müqavilə imzalayıb.

Son xəbərlər