"Valensiya"dan Çerışevlə 80 milyonluq müqavilə

"Valensiya"dan Çerışevlə 80 milyonluq  müqavilə
DÜNYA FUTBOLU 12 İyul 2019 / 16:26 3307
-  A +

"Vilyareal"ın futbolçusu Denis Çerışevin "Valensiya"ya keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə "Valensiya"nın saytı məlumat yayıb. Rusiya millisinin üzvü ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçiyə 80 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan futbolçu üzvü son mövsümü icarə əsasında “Valensiya”da keçirib. O, “yarasalar”ın heyətində 41 oyuna 4 qol vurub, 5 məhusuldar ötürmə edib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı