Arif Əsədov: "Güclü komandalarla oynamağı özüm istədim"

Arif Əsədov: "Güclü komandalarla oynamağı özüm istədim"
XƏBƏR 9 İyul 2010 / 11:24 1955
-  A +

Unibank Premyer Liqasının 2010/11 mövsümünə Avstriyada hazırlaşan "Neftçi"nin baş məşqçisi Arif Əsədov təlim-məşq toplanışı və yoldaşlıq görüşləri ilə bağlı klubun rəsmi saytına açıqlama verib. Qol.Az həmin açıqlama ilə sizi də tanış edir: "Avstriyadakı toplanışda bizim əsas məqsədimiz heyətimizdəki futbolçuların nəyə qadir olduqlarını yoxlamaqdır. Bunun üçün məhz güclü komandalarla qüvvəmizi sınamağı qərara almışıq. "Beşiktaş", "Otselul"dan sonra daha bir güclü kollektivlə Rumıniyanın "Universitatea Kluj" klubu ilə oynayacağıq. Belə rəqiblərlə oynamağı mən özüm istəmişəm.Gənc futbolçularımızın təcrübə qazanması baxımından, adlı-sanlı futbolçulara qarşı necə mübarizə aparmasını öyrənməsi çox vacib amildir. Artıq Avstriya toplanışından sonra ikinci təlim-məşq üçün yollanacağımız Türkiyədə heyətdə hansı futbolçuların yer alacağı məlum olacaq. Yəni Avstriya toplanışından çox şey asılıdır. Burada yoxlama görüşlərində özünü göstərmək üçün bütün futbolçulara şans verilir".

Daha çox


Son xəbərlər