Naci Şensoy: “Bakı” ilə müqavilə bağlamağımı Berti Foqts əngəllədi”

Naci Şensoy: “Bakı” ilə müqavilə bağlamağımı Berti Foqts əngəllədi”
XƏBƏR 8 İyul 2010 / 14:53 2006
-  A +

Son ölkə kubokunun sahibi “Bakı” Vinfred Şeferldə müqavilə imzalamamışdan öncə türkiyəli mütəxəssis Naci Şensoyla da danışıqlar aparıb. Qol.Az-ın məlumatına görə, bu barədə Bolqarıstanın news4000.bg saytı məlumat yayıb.
Saytın yaydığı xəbərə görə, tərəflər müqavilə imzalamağa yaxın olub. Lakin millimizin baş məşqçisi Berti Foqts buna mane olub. Xəbəri Şensoy özü də təsdiqləyib: “Bakı”nın təklifi məni tamamilə qane edirdi. Hətta bu səbəbdən Plovdiv “Lokomotiv”indən də ayrıldım. Berti Foqts məsələyə müdaxilə edəndə biz artıq müqavilə bağlamağa hazırlaşırdıq. Amma Azərbaycan yığmasının baş məşqçisi həmyerlisini müdafiə etdi".
Şensoy yenidən "Turan"dan təklif aldığını da vurğulayıb: "Mənim yenidən "Turan"a qayıtmaq variantım da var. Hələlik onlara cavab verməmişəm. Razılaşdıq ki, qərarımı bu günlərdə açıqlayım. Amma böyük ehtimalla yox cavabı verəcəyəm. Çünki "Turan" indi iddialı komanda deyil".


Son xəbərlər