"Borussiya" baş məşqçisi ilə bağlı qərar verdi

"Borussiya" baş məşqçisi ilə bağlı qərar verdi
DÜNYA FUTBOLU 18 İyun 2019 / 16:17 2728
-  A +

"Borussiya"nın baş məşqçisi Lüsyen Favr Dortmund təmsilçisindən ayrılmayacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən mövsüm bundesliqanı ikinci pillədə tamamlayan komanda isveçrəli mütəxəssislə müqavilə yeniləyib. 61 yaşlı məşqçinin gələn mövsümün sonunadək olan sözləşməsinin müddəti 2021-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Favr ötən ilin yayından "Borussiya"nı çalışdırır.


Son xəbərlər