Dorinel Muntyanu: “Neftçi" ilə oyuna ciddi hazırlaşırdıq”

Dorinel Muntyanu: “Neftçi" ilə oyuna ciddi hazırlaşırdıq”
XƏBƏR 7 İyul 2010 / 11:33 1778
-  A +

“Hesab heç kimi çaşdırmasın. Çünki hazırlıq matçlarında nəticə vacib deyil. Yoxlama görüşlərini keçirməkdə məqsəd komandanın hazırlıq səviyyəsini sınamaqdır”. Qol.Az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, bu fikirləri Rumıniya “Otselul”unun baş məşqçisi Dorinel Muntyanu bakılılarla Avstriyada keçirdikləri yoxlama oyununda sonra deyib.
Ölkəsinin yüksək liqasında çıxış edən komanda bakılılarla oyunda Qabi, Marian və Buşun vurduğu qollarla komandamız üzərində qələbə qazanıb – 3:0. Ötənlərin məşhur futbolçusu, Rumıniya yığmasında oynamış Muntyanu Avstriyada uzun müddətdir hazırlıq keçmələrini üstünlük sayır: “Biz artıq xeyli müddətdir buradayıq. Demək olar ki, hazırlığımızı tamamlamışıq. Konkret "Neftçi" ilə oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqib bu görüşdən cəmi 3 gün əvvəl Türkiyənin ən güclü klublarından biri "Beşiktaş"la gözəl oyun nümayiş etdirmişdi. Əvvəlcədən bu komanda ilə oynayacağımızı bildiyimiz üçün oyuna ciddi hazırlaşırdıq. Növbəti mövsümdə klub rəhbərliyi tərəfindən qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyulub. Bunun üçün "Neftçi" kimi güclü komanda ilə matçda komandamın nəyə qadir olduğuna baxmaq imkanım oldu".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi