"Yuventus"dan "Mançester Siti"yə

"Yuventus"dan "Mançester Siti"yə
DÜNYA FUTBOLU 12 İyun 2019 / 22:15 4811
-  A +

"Mançester Siti" "Yuventus"un müdafiəçisi Joau Kanselonu transfer etməyə yaxındır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi 25 yaşlı oyunçu ilə razılığa gəlib. Klublar arasında da danışıqların yekunlaşmaq üzrə olduğu bildirilib. Konselonun yeni klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, portiqaliyalı futbolçu ötən mövsüm "Yuventus"da 34 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı