"Barsa" məni alma və yumurta qiymətinə buraxmayacaq"

"Barsa" məni alma və yumurta qiymətinə buraxmayacaq"
DÜNYA FUTBOLU 12 İyun 2019 / 16:35 3710
-  A +

"Barselona"nın qapıçısı Yasper Silessen komandadan mümkün gedişini şərh edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı qolkiper Kataloniya klubundan ayrılmağın asan olmadığını bildirib. O, bunu təzminat qiyməti ilə əlaqələndirib: 

"Müqaviləmdəki 60 milyonluq təzminat məbləği vəziyyəti qəlizləşdirir. Əvvəldən bilirdim ki, "Barsa" məni alma və yumurta qarşılığında buraxmayacaq. Transfer bazarındakı hazırkı durum həqiqətən dəlilikdir. Futbolçulara böyük pullar ödənilir. Halbuki heç biri həmin məbləğə dəymir. Amma bazar öz qanunlarını diktə edir, hər şey ondan asılıdır”.

Qeyd edək ki, Silessenin “Barselona” ilə 2021-ci milin yayına qədər müqaviləsi var. Ehtiyatda qalmaq istəmədiyi üçün komandadan ayrılmaq istəyən 30 yaşlı qolkiperin təzminat məbləği onun başqa kluba keçidinə əngəl törədir.
 

Daha çox


Son xəbərlər
18.06.19  13:20

"Qarabağ" getdi

18.06.19  12:34

Platini həbs olundu

18.06.19  00:40

"Yuventus"da ayrılıq