Virusa yoluxdu, Bakıya gətirilmədi - Slovakiyada ciddi itki

Virusa yoluxdu, Bakıya gətirilmədi - Slovakiyada ciddi itki
DÜNYA FUTBOLU 10 İyun 2019 / 00:16 3611
-  A +

Avro-2020-nin seçə mərhələsində iyunun 11-də millimizlə qarşılaşacaq Slovakiya seçməsi Bakıya ciddi itki ilə gəlib.

Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın aparıcı üzvlərindən Miroslav Stox paytaxtımıza gətirilməyib. Virusa yoluxan Praqa "Slaviya"sının yarımmüdafiəçisi son anda heyətdən çıxarılıb. Baş məşqçisi Paval Hapal digər oyunçuların da virusa yoluxmaması üçün bu addımı atdıqlarını bildirib.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər